Modern.az

İQ səviyyəsi çox aşağıdır - Trampdan Harrisə sərt sözlər

İQ səviyyəsi çox aşağıdır - Trampdan Harrisə sərt sözlər

Dünya

4 Avqust 2024, 15:34

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp demokratların namizədi, Vitse-prezident Kamala Harrisin İQ səviyyəsinin çox aşağı olduğunu bəyan edib.

 

Modern.az-ın xəbərinə görə, Donald Tramp bu barədə “Truth Social”da paylaşım edib.

 

Sabiq prezident hesab edir ki, Kamala Harris İQ səviyyəsi çox aşağı olduğuna görə digər ölkələrin liderləri ilə rəqabət apara bilməz:

 

"ABŞ-ın hakimiyyətdə bu cür insanlarla yenidən şansı yoxdur. Co Bayden kimi o da iki cümləni birləşdirə bilməz”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu