Modern.az

Rusiyada meşə YANIR

Rusiyada meşə YANIR

4 Avqust 2024, 18:47

Rusiyada meşə yanğınları ilə mübarizə davam edir.

 

Modern.az-ın xəbərinə görə, Buryatiyada yanğın olan 2 yeni meşə sahəsi aşkarlanıb.

 

Bununla da meşə yanğınlarının qeydə alındığı ocaqların sayı 7-yə çatıb. Buryatiyada meşə yanğınları ümumilikdə 7 689 ha sahəni əhatə edir. Yanğınların söndürülməsinə 160 yanğınsöndürən, 12 xüsusi texniki vasitə cəlb olunub.

 

Meşə yanğınları ilə bağlı Buryatiyada regional çərçivədə fövqəladə vəziyyət rejimi qüvvədədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu