Modern.az

Hökumət əleyhinə etirazlarda 90-dan çox ölən var 

Hökumət əleyhinə etirazlarda 90-dan çox ölən var 

5 Avqust 2024, 00:09

Banqladeşdə hökumət əleyhinə etirazlarda ölənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, paytaxt Dəkkədə aksiyalar hökumət tərəfdarları və əleyhdarları arasında kütləvi toqquşmalarla müşayiət olunub. Tərəflər bir-birinə soyuq silah və küt alətlərlə hücum ediblər. Polis narazı kütləni sakitləşdirmək üçün döyüş güllələri tətbiq edib.

 

Son məlumata görə, toqquşmalarda 90-dan çox şəxs həyatını itirib. Onlardan 14-ü polis əməkdaşıdır.

 

Ümumilikdə iyulda başlayan etiraz aksiyaları indiyədək 300-dək banqladeşlinin həyatını itirməsi ilə nəticələnib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu