Rusiyada politoloq Fyodor Kraşeninnikov axtarışa verilib.
Modern.az xəbər verir ki, bu barədə "Mediazona" Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasına istinadən yazıb.
Məlumat bazasında politoloqun cinayət məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi göstərilməyib, lakin Kraşeninnikov özü bildirib ki, ona qarşı “xarici agentlər haqqında qanunvericiliyə əməl etməmək” maddəsi ilə iş açılıb.
2021-ci ildə Kraşeninnikov Rusiyanı tərk edib. 2022-ci ilin sentyabrında o, “xarici agent” kimi tanınıb.