Moskvada dəbdəbəli mənzillərin qiyməti 1 kvadratmetr üçün 1,4 milyon rubla qədər bahalaşıb.
Modern.az xəbər verir ki, "NF Group"un analitikləri hesablayıblar ki, ilin əvvəlindən Moskvanın təkrar lüks mənzil bazarında hər kvadratmetrə görə orta çəkili qiymət 8% artaraq 1,4 milyon rubla çatıb.
12 ay ərzində artım 17% təşkil edib.
“Hazır mənzillə maraqlanan varlı alıcılar ən yaxşı variantları axtararkən artıq büdcələrini artırmağa hazırdırlar: 2024-cü ilin birinci yarısında orta tələb olunan büdcə 140 milyon rubl (illik dinamikada üstəgəl 25%) təşkil edib - son üç il ərzində rekord rəqəm" - analitiklər bildirib.