Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ilə telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Dövlət başçıları Qazaxıstan-Türkmənistan münasibətlərinin yüksək inkişaf dinamikasını qeyd ediblər və Qazaxıstan Prezidentinin bu payızda Türkmənistana gözlənilən səfərinə hazırlıq məsələlərini müzakirə ediblər.
Nəqliyyat və logistika, enerji, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.