Gürcüstanın Tiflis və Batum hava limanlarında sərnişin axını iyulda yeni rekorda imza atıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.
Tiflis Beynəlxalq Hava Limanı 519 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29% çoxdur. Əvvəlki rekord 2018-ci ilin avqustunda qeydə alınıb – 461 min sərnişin.
Batum Beynəlxalq Hava Limanı isə 148 min sərnişinə xidmət göstərib ki, bu da ötən illə müqayisədə 48% çoxdur. Bundan əvvəlki rekord 2018-ci ilin avqustunda da qeydə alınıb – 121 min sərnişin.