Modern.az

Ermənistandan Rusiyaya növbəti DEMARŞ

Ermənistandan Rusiyaya növbəti DEMARŞ

6 Avqust 2024, 10:33

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sentyabrda Qırğızıstan ərazisində keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” hərbi təlimlərində iştirakdan imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə KTMT-nin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, hərbi manevrlərə Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusdan olan hərbçilər qatılacaq.

 

Təlimlərdə yeni taktiki üsul və vasitələrdən, eləcə də müasir döyüş təcrübəsindən istifadə olunacaq.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan tərəfinin 14-16 avqust tarixlərində sözügedən təşkilatın Rusiyada təşkil olunacaq “Kobalt-2024” hərbi təlimlərinə də qatılmayacağı açıqlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu