Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbek” keçid məntəqəsi adi qaydada fəaliyyətini bərpa edib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Qeyd olunub ki, "Dəryal" sərhəd-keçid məntəqəsi vasitəsilə hər iki istiqamətdə sərnişindaşıma (pasport nəzarəti və gömrük prosedurları) bərpa edilib.
Xatırladaq ki, bir gün əvvəl "Kazbek" məntəqəsi texniki işlərlə əlaqədar bağlanmışdı.