Modern.az

Gürcüstanda 52 nəfər itkin düşüb

Gürcüstanda 52 nəfər itkin düşüb

6 Avqust 2024, 12:57

6 ay ərzində Gürcüstanda 52 nəfər itkin düşüb, onlardan 3-ü azyaşlı olub,

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyi bildirib.

 

Ümumilikdə ilin əvvəlindən 27 nəfər tapılıb. Onlardan 4-nün meyiti tapılıb. Qalan 25 nəfər isə hələ də itkin düşmüş şəxs statusundadır. İtkin düşənlər arasında 2 əcnəbi də olub, onlardan 1-i ölü tapılıb.

 

Ümumilikdə, 1973-cü il yanvarın 1-dən 2024-cü il iyunun 30-dək Gürcüstanda 1020 nəfər itkin düşmüş hesab edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu