Modern.az

İran Ermənistanla kulinariya festivalı keçirir - Zəngəzurda

İran Ermənistanla kulinariya festivalı keçirir - Zəngəzurda

6 Avqust 2024, 13:19

Avqustun 10-da Ermənistanın Sünik vilayətində (Zəngəzur - red.) üçüncü Ermənistan-İran kulinariya festivalı keçiriləcək.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, İranın beş vilayətindən iştirakçılar Sisiandakı Navasarda gedəcək. 

 

Qeyd olunub ki, 2022-ci ildə İran festivalda 10-dan az pavilyonla təmsil olunub, bu dəfə isə müvafiq say 30-a yaxın olacaq.

 

Təşkilatçılar, o cümlədən Ermənistan Turizm Federasiyası, İranın Qafandakı Baş Konsulluğu və digərləri artıq festivalı beynəlxalq miqyasda keçirmək niyyətində olduqlarını bəyan ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu