Modern.az

"Volkswagen" Rusiyaya avtomobil ixrac etmir - RƏSMİ

"Volkswagen" Rusiyaya avtomobil ixrac etmir - RƏSMİ

6 Avqust 2024, 13:54

"Volkswagen" Rusiyaya avtomobil ixrac etmir və icazəsiz ticarətin qarşısını almaq üçün əlindən gələni edir".

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a konsernin nümayəndəsi məlumat verib.

 

Bundan əvvəl “Die Zeit” qəzetində "Volkswagen" texnologiyalarına malik avtomobillərin "Jetta" brendi ilə Rusiya bazarına daxil olduğu iddia edilən məqalə dərc olunmuşdu.

 

Qeyd edək ki, Ukraynaya genişmiqyaslı işğal müharibəsi başladandan sonra Qərbin əsas şirkətləri Rusiya bazarını tərk edib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu