Modern.az

Rusiya məhbəsindən çıxan tatar jurnalist: 1 stəkan təmiz suyun həsrətində idim

Rusiya məhbəsindən çıxan tatar jurnalist: 1 stəkan təmiz suyun həsrətində idim

Dünya

6 Avqust 2024, 15:25

Rusiya və Qərb arasındakı məhbus mübadiləsində azadlığa çıxan tatar jurnalist, "Azadlıq radiosu"nun tatar-başqırd xidmətinin əməkdaşı Alsu Kurmaşeva ABŞ-ın Texas ştatında avokado yeyib.

 

Modern.az xəbər verir ki, jurnalist "Azadlıq radiosu"na müsahibə verib.

 

“Həbsdə tamarzı qaldığım şey avokado deyildi. Əlbəttə, dadlıdır, çünki indi Texasdayıq. Amma ilk dəfə bir stəkan təmiz suyu nə vaxt içəcəyimi gözləyirdim.

 

Bir stəkan suyun, oteldə uzun-uzadı duş qəbul etməyin, normal yataqda ilk dəfə yuxuya getməyin həsrətində idim. Bu səhər ilk dəfə nəzarətsiz gəzintiyə çıxdım, mənə heç yerdə kimsə bir söz demədi”, - o deyib.

Bu xəbər ilə bağlı
Rusiyada həbs olunan tatar jurnalist azadlığa çıxıb - ABŞ-la mübadilə (YENİLƏNİB)
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri