Gürcüstan ərazisində yaradılmış separatçı Cənubi Osetiyanın Xarici İşlər Nazirliyi Nikaraqua və Venesuelada səfirlik açmağı planlaşdırır.
Modern.az "Exo Kavkaza"ya istinadən xəbər verir ki, bu barədə nazir Axsar Djioyev Tsxinvalidə keçirdiyi brifinqdə bildirib.
Bundan əvvəl Djioyev Sandinista İnqilabının qələbəsinin 45-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edərək Nikaraquaya səfər edib.
“Nikaraqua prezidenti bizi çox səmimi qəbul etdi və respublikadakı vəziyyətlə maraqlandı. O, həyat yoldaşı ilə birlikdə Cənubi Osetiya xalqına və prezidentinə ən xoş arzularını çatdırıb”, - Djioyev bildirib.
Qeyd edək ki, Cənubi Osetiyanın müstəqilliyi Rusiya və bir neçə Moskvayönümlü xarici siyasət yürüdən ölkə tərəfindən tanınır.