Avropa İttifaqı Şurası Ukraynaya 4,2 milyard avroluq makromaliyyə yardımı tranşının ayrılmasını təsdiqləyib.
Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti bildirib.
Vurğulanıb ki, Şuranın qərarı Ukraynanın bu vəsaiti almaq üçün planda nəzərdə tutulan zəruri şərtləri və islahatları yerinə yetirdiyini təsdiqləyib.
Qeyd olunub ki, bu islahatlar dövlət maliyyəsinin, dövlət müəssisələrinin idarə olunması, biznes mühiti, enerji və minatəmizləmə sahələrini əhatə edir.