2024-cü ilin birinci yarısında Gürcüstanda baş verən avtoqəzalar nəticəsində 4-ü uşaq olmaqla 189 nəfər ölüb.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, ümumilikdə, ağır nəticələnən 2961 qəza baş verib, 3356 nəfər xəsarət alıb.
Qəzaların əksəriyyəti Tiflis, İmereti, Raça-Leçxumi və Acarıstan, Kvemo Svanetidə baş verib.
Qəzaların ən çox yayılmış səbəbləri sürət həddini aşmaq, yol nişanlarına məhəl qoymamaq və ötmədir.