Modern.az

HƏMAS-ın yeni lideri - FOTO

HƏMAS-ın yeni lideri - FOTO

Dünya

6 Avqust 2024, 22:11

HƏMAS hərəkatının Qəzzadakı lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə HƏMAS-ın Telegram kanalında məlumat yayılıb.

 

Sinvar 1962-ci ildə Misirin idarə etdiyi Qəzzadakı Xan Yunis qaçqın düşərgəsində anadan olub. O, Qəzza İslam Universitetində ərəbşünaslıq üzrə bakalavr dərəcəsi alıb. 

 

O 1989-cu ildə iki İsrail əsgərinin öldürülməsini təşkil etdiyinə görə həbs edilib. 2011-ci ildə məhbus mübadiləsi zamanı azadlığa buraxılıb.

 

2015-ci ildə ABŞ Yəhya Sinvarı beynəlxalq terrorçular siyahısına daxil edib.

 

Sinvar HƏMAS-ın təhlükəsizlik aparatının həmtəsisçilərindən biridir. O, 2023-cü ildə HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunun təşkilatçısı hesab olunur.

 

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu