Modern.az

Ölkəni düşmənə təslim etmədiyim üçün əsir saxlanılıram - SAAKAŞVİLİ

Ölkəni düşmənə təslim etmədiyim üçün əsir saxlanılıram - SAAKAŞVİLİ

Dünya

7 Avqust 2024, 12:34

"Mən Gürcüstanı düşmənə təslim etmədiyim üçün əsir saxlanılıram".

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili avqust müharibəsinin 16-cı ildönümündə feysbuk səhifəsində paylaşıb.

 

“2008-ci ildə ordumuz mövcudluğunu qorudu, insanlar küçələrə çıxdı, mən paytaxtda qaldım və dünyanı ayağa qaldırdım, tərəfdaşlarımız Tiflisə gəldi, amerikalılar donanmanı Gürcüstan dövlətçiliyini xilas etmək üçün göndərdilər. Mən ancaq Gürcüstanı düşmənə təslim etmədiyim üçün əsir saxlanılıram. Onda düşmən bizi tuta bilmədi. Bu faciədir ki, öz gücümüzlə müdafiə etdiyimiz şeyi indi yenə qazanmalıyıq. Oktyabrın 26-da (parlament seçkilərində - red.) biz 1991-ci ildən sonra Gürcüstanın müstəqilliyini və azadlığını bir daha bərpa etməliyik”, - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu