Modern.az

Rusiyanın hücumu gecikib - BUDANOV

Rusiyanın hücumu gecikib - BUDANOV

Dünya

7 Avqust 2024, 13:39

Rusiyanın hücumu gecikib və 1.5-2 aya səngiyəcək.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

 

Bununla belə, o əlavə edib ki, qısa fasilədən sonra yenidən irəliləmək üçün yeni cəhdlər olacaq, lakin sonrakı vəziyyət Ukrayna tərəfdən də asılı olacaq: "Yoxsa biz oturub gözləyəcəyik, 4-5 ay keçəcək və hər şey yenidən olacaq".

 

Kəşfiyyat rəhbərinin müharibədə qələbəni necə gördüyünü soruşduqda o qeyd edib ki, bu, ərazi bütövlüyünün tam bərpası və 1991-ci il sərhədlərinə çıxışdır.

 

Budanov əlavə edib ki, Ukrayna müharibə məsələsini birləşmiş şəkildə həll edəcək: hərbi güc, açıq və gizli diplomatiyanın təzyiqi və bəzi digər amillər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu