Modern.az

Putin Kurskda baş verənləri şərh edib

Putin Kurskda baş verənləri şərh edib

Dünya

7 Avqust 2024, 16:02

Rusiya prezidenti Vladimir Putin ilk dəfə Kursk vilayətinin sərhədyanı rayonlarında bir gün əvvəl başlayan döyüşlərə münasibət bildirib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, o, Rusiya hökumətinin toplantısını keçirib.

 

Putin bundan sonra hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüş keçirməyi planlaşdırır.

 

“Bildiyiniz kimi, Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O, müxtəlif növ silahlardan, o cümlədən raketlərdən mülki binalara, yaşayış binalarına və təcili yardım maşınlarına fərq qoymadan atəş açır”, - Putin iddia edib.

 

Ukrayna Kursk vilayətində gedən döyüşləri şərh etmir.

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bir gün əvvəl Sudja yaxınlığında baş verənləri şərh etmək xahişinə cavab olaraq BBC-yə bildirib: “Hələ bu barədə məlumatımız yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu