Modern.az

Britaniya Yaxın Şərqə ordu göndərib

Britaniya Yaxın Şərqə ordu göndərib

Dünya

7 Avqust 2024, 16:44

Livandakı ölkə vətəndaşlarının tam şəkildə təxliyəsi üçün mindən çox Britaniya əsgəri Yaxın Şərqdə hazır vəziyyətdədir.

 

Modern.az xəbər verir ki, sərhəd qüvvələrinin rəsmiləri, konsulluq ekspertləri və britaniyalı əsgərlər genişmiqyaslı təxliyə də daxil olmaqla bir sıra mümkün münaqişə ssenariləri üçün bölgəyə göndərilib. Livanda yaşayan britaniyalıların qeydə alınması üçün yaradılan portalda isə 3 mindən çox britaniyalı qeydiyyatdan keçib. Xarici İşlər Nazirliyi ölkədə daha çox britaniyalının olduğunu bildirib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Britaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını müharibə təhlükəsi fonunda istənilən reys üzrə Livanı tərk etməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri