Modern.az

Avropa İttifaqından Ukraynaya 108 milyard avro YARDIM

Avropa İttifaqından Ukraynaya 108 milyard avro YARDIM

7 Avqust 2024, 17:03

Aİ Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Ukraynaya 108 milyard avro yardım ayırıb.

 

Modern.az xəbər verir ki, bunu AK rəhbəri Ursula Von der Leyen X-də yazıb.

 

"Ukrayna sağ qalmaq üçün bu müharibədə qalib gələcək. Aİ isə nə qədər lazımdırsa, Ukraynanı və Ukrayna xalqını dəstəkləyəcək", - o qeyd edib.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri