Modern.az

Qazaxıstan-Özbəkistan 10 illik strateji tərəfdaşlıq proqramı

Qazaxıstan-Özbəkistan 10 illik strateji tərəfdaşlıq proqramı

Dünya

8 Avqust 2024, 14:56

Qazaxıstan və Özbəkistan növbəti 10 il üçün strateji tərəfdaşlıq proqramı qəbul edib.

 

Modern.az "Kazinform"a istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sözlərinə görə, danışıqlar qarşılıqlı etimad və dəstək ruhunda keçib.

 

"Biz ikitərəfli münasibətlərin intensivləşdirilməsində qarşılıqlı marağımızı bir daha təsdiqlədik. İclasın yekunu olaraq növbəti 10 il üçün Strateji Tərəfdaşlıq və Müttəfiqlik Proqramı qəbul edilib. Əsas məqsədlər dostluq əlaqələrini daha da möhkəmləndirmək və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə yeni təkan verməkdir. Qeyd etmək istərdim ki, cənab Şavkat Miromonoviçin səfəri zamanı Ali Dövlətlərarası Şuranın ilk iclası keçirildi və bu iclasda mühüm strateji qərarlar qəbul edildi.

 

Tədbir zamanı həmçinin Qazaxıstan-Özbəkistan əməkdaşlığının aktual məsələləri ətrafında fikir mübadiləsi apardıq. Qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi üçün səmərəli tədbirlər müəyyən edilib, bir sıra konkret razılaşmalar əldə olunub”, - deyə Kasım-Jomart Tokayev bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu