"Ukraynanın Rusiya ərazisində Almaniya tanklarından istifadə edə bilməsində heç bir problem yoxdur".
Modern.az UNIAN-a istinadən xəbər verir ki, Almaniya Bundestaqının Müdafiə Komitəsinin sədri Markus Faber bildirib.
O qeyd edib ki, texnikanın Ukraynaya verilməsi ilə bu, Ukrayna silahına çevrilir.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.