Modern.az

Almaniyalılar ABŞ-da kimi prezident görmək istəyir? - SORĞU

Almaniyalılar ABŞ-da kimi prezident görmək istəyir? - SORĞU

Dünya

9 Avqust 2024, 11:44

Almaniyalıların əksəriyyəti Kamala Harrisin ABŞ prezidenti seçilməsini dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bu, avqustun əvvəlində "Deutschlandtrend"in sorğusunun nəticələridir.

 

Respondentlərin 77%-i Kamala Harrisi ABŞ prezidentliyinə layiqli namizəd adlandırıb. Yalnız 10% Donald Trampa rəğbət bəsləyir.  Bir ay əvvəl Co Bayden hələ də yarışda olarkən almanların 59%-i nə Baydeni, nə də Trampı bəyənmədiyini bildirib.

 

ABŞ prezident seçkiləri Almaniya sakinlərini ən çox narahat edən beynəlxalq mövzulardan biridir. Ölkə daxilindəki vəziyyətə gəlincə, almanlar hələ də hazırkı federal hökumətdən narazıdırlar: respondentlərin 20%-i onun işini müsbət, 79%-i mənfi qiymətləndirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu