Ermənistanda həmyerlisini döyərək pul tələb edən iki Hindistan vətəndaşı həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Spirtli içki qəbul etdikdən sonra dava düşüb. İçki içən yoldaşlar 43 yaşlı kişini döyüb, 500 dollarını oğurlayıb, onu bağlı vəziyyətdə lentə alıblar və videonu ailəsinə göndərərək girovun azad edilməsi üçün daha 500 dollar qazanmağa cəhd ediblər.
"Cinayətkarlar cinayət məsuliyyətinə cəlb edilərək həbs ediliblər. İş məhkəməyə göndərilib", - məlumatda deyilir.