Modern.az

62 nəfəri daşıyan təyyarə qəzaya uğradı, hamı öldü - Anbaan görüntülər 

62 nəfəri daşıyan təyyarə qəzaya uğradı, hamı öldü - Anbaan görüntülər 

Dünya

9 Avqust 2024, 23:35

Braziliyada baş verən təyyarə qəzasında heç kimin sağ qalmadığı açıqlanıb.

 

Modern.az xəbər verir ki, təyyarədə 58 sərnişin və 4 ekipaj üzvü olub.

 

Qəzanın səbəbi hələ ki məlum deyil.

 

***

 

Braziliyanın Vinhedo bölgəsində (Sao Paulo ştatı) göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvünün olduğu ATR-72 təyyarəsi qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

 

Qurbanların sayı barədə hələlik məlumat yoxdur.

 

Təyyarə "Voepass Linhas Areas" şirkətinə məxsusdur. Şirkətin verdiyi məlumata görə, 2283 saylı reys Kaskaveldən (Parana ştatı) Quarulhos hava limanına (San Paulo ştatı) uçub.

 

Təyyarə Vinedo bölgəsində magistral yolun yaxınlığında qəzaya uğrayıb və yaşayış kompleksinə çırpılıb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib. Yaxınlıqdakı şəhərdə mümkün yaralılar üçün xəstəxana çarpayıları hazırlanır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi