Modern.az

“Instagram”ın açılması üzrə danışıqlar son mərhələdədir"

“Instagram”ın açılması üzrə danışıqlar son mərhələdədir"

Dünya

10 Avqust 2024, 20:12

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Instagram” sosial şəbəkəsinin açılması üzrə danışıqların son mərhələdə olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, nazir Mersin vilayətində jurnalistlərlə söhbətində bildirib ki, idarənin nümayəndələri sosial şəbəkənin sahibi olan şirkətlə danışıqları davam etdirirlər. “Əsas yol qət olunub. Ümid edirik ki, tezliklə razılıq əldə edəcəyik”, - deyə türkiyəli nazir bildirib. Uraloğlu vurğulayıb ki, rəsmi Ankara ölkədə hər hansı sosial şəbəkələri, medianı qadağan edən bir imicin formalaşmasına qəti şəkildə qarşıdır. “Mən birmənalı olaraq əmin edə bilərəm ki, Türkiyə hakimiyyəti söz azadlığı mövzusuna sosial şəbəkələrin sahiblərindən daha geniş mənada yanaşır. Ankaradan fərqli olaraq onlar sosial şəbəkələri sizə xəbər vermədən bloklayırlar. Biz əvvəlcə problemin mövcudluğu ilə bağlı rəsmi xəbərdarlıq edir, sonra addımlar atırıq. Ümid edirəm ki, son nəticədə Türkiyə vətəndaşlarının gözləntiləri və həssaslığı nəzərə alınacaq”, - deyə o bildirib.

 

“Instagram”a girişin bloklanması ilə bağlı qərar avqustun 2-də Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi (BTK) tərəfindən qəbul olunub. İdarə diqqəti sosial şəbəkənin respublikanın Cinayət Məcəlləsində nəzərdə tutulmuş bir sıra cinayətlərin törədilməsi riskinə məhəl qoymamasına yönəldib.

 

Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələri kəskin tənqid edərək, onlayn platformalara sahib olan şirkətləri ikili standartlarda və “rəqəmsal faşizmdə” ittiham edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi