İsrail ordusu Qəzza zolağında Əl-Tabain məktəb kompleksinə endirdiyi zərbələr zamanı HƏMAS və "İslami Cihad" qruplaşmalarının bölmə komandirlərininin öldürüldüyünü bildirib.
Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova danışıb.
O qeyd edib ki, hücum zamanı zərərsizləşdirilmiş 19 nəfərin şəxsiyyəti müəyyənləşib.
"Kəşfiyyat məlumatlarına görə, qruplaşma məktəb binasından İsrailə qarşı terror aktlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat mərkəzi kimi istifadə edib", - açıqlamada deyilir.
Qeyd edək ki, hücum ötən gün səhər saatlarında baş verib. Fələstin anklavının mülki müdafiə xidmətinin məlumatına görə, sözügedən zərbələr 11-i uşaq və 6-sı qadın olmaqla azı 93 nəfər həlak olub.