1700-dən çox Ermənistan mənşəli yük maşını Rusiya-Gürcüstan sərhədində Yuxarı Larsdan keçmək üçün gözləyir.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Son məlumatlara görə, ümumilikdə 4,8 minə yaxın avtomobil növbədədir.
Qeyd olunub ki, tıxacın yaranmasına mövsüm və meyvə-tərəvəz daşıyan yük maşınlarının böyük axını səbəb olur.