Modern.az

Türkiyə və Suriya nazirlər səviyyəsində bir araya gələ bilər - Güler

Türkiyə və Suriya nazirlər səviyyəsində bir araya gələ bilər - Güler

Dünya

12 Avqust 2024, 15:39

Türkiyənin milli müdafiə naziri Yaşar Güler müdafiə gündəmini dəyərləndirib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, o, Suriya ilə bağlı prosesdə mövcud vəziyyətə toxunub.

 

"Əgər uyğun şərtlər yaranarsa, Türkiyə və Suriya nazirlər səviyyəsində normallaşma səyləri çərçivəsində bir araya gələ bilər", - nazir bəyan edib.

 

O vurğulayıb ki, Türkiyə yalnız yeni konstitusiya qəbul edildikdən, seçkilər keçirildikdən və sərhədlər təmin edildikdən sonra Suriyadan çəkilmənin koordinasiyasını müzakirə edə bilər.

 

Nazir qeyd edib ki, İraqla terrorla mübarizədə atılan birgə addımlar da dönüş nöqtəsindən xəbər verir.

 

Güler İnkişaf Yolu Layihəsinin İraq hissəsinin PKK terrorçuları tərəfindən təhdid altında olduğuna diqqət çəkib.

Whatsapp
Bizə yazın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ