Modern.az

Tacikistan polisi 20-dən çox şəxsi saxlayıb - Terror...

Tacikistan polisi 20-dən çox şəxsi saxlayıb - Terror...

12 Avqust 2024, 16:44

"Tacikistan polisi Düşənbədə irimiqyaslı terror aktı törətməyi planlaşdıran 20-dən çox şəxsi saxlayıb".

 

Modern.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun tacik xidməti Tacikistanın baş prokuroru Yusuf Rəhmonun sözlərinə istinadən məlumat verib.

 

Baş prokuror Rəhmon keçirdiyi mətbuat konfransında saxlanılanların "İslam Dövləti" terror qruplaşması ilə əlaqəli olduğunu təsdiqləyib. Prokurorluq onu da bildirib ki, saxlanılan şəxslər Novruz bayramı ərəfəsində “bir qrup insanı zəhərləməyi” planlaşdırıblar. Tacikistanın təhlükəsizlik orqanlarındakı adının çəkilməsini istəməyən mənbə “Azadlıq” radiosuna bildirib ki, saxlanılanlar arasında Vəhdat, Roqun və Nurek şəhərlərinin sakinləri də var.

 

Media şübhəlilərin saxlanılması barədə hələ aprel ayında məlumat vermişdi, lakin sonra Tacikistan təhlükəsizlik xidməti məlumatı yoxlanılmamış və “təxribat xarakterli” adlandırmışdı.

 

Tacikistanın hüquq-mühafizə orqanları hər 6 aydan bir mütəşəkkil cinayətkar qrupların üzvlərinin saxlanması və terror aktlarının qarşısının alınması barədə məlumat verir. Bu faktlarla bağlı ətraflı məlumat verilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri