Rusiyaya məxsus hərbi təyinatlı pilotsuz uçuş aparatı (PUA) Latviya ərazisində qəzaya uğrayıb.
Modern.az-ın məlumatına görə, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik ölkənin şərqində qəzaya uğrayam PUA-nın Belarus ərazisindən buraxıldığını bildirib.
Qəza Latviyanın Rezekne bölgəsinə baş verib. Hadisə ilə bağlı Latviyanın hakimiyyət orqanları, o cümlədən polis araşdırma aparır.
PUA-nın modeli açıqlanmayıb. Rezekne bölgəsi NATO üzvü olan Latviyanın Belarus və Rusiya ilə sərhədinin qovşağında yerləşir. Latviya Müdafiə Nazirliyi qeyd edir ki, hərbçilər dronun ölkənin hava məkanına daxil olmasını qeydə alıb və qəza yerinə qədər PUA-nın uçuşunu izləyib.
Latviyanın Hərbi Hava Qüvvələrinin komandiri general-leytenant Leonid Kalnins LETA-ya bildirib ki, pilotsuz uçuş aparatı şənbə günü səhər tezdən Latviya hava məkanına daxil olub: “Biz vəziyyəti, onun nə qədər təhlükəli olduğunu, obyektlərin və mülki şəxslərin təhlükə altında olub-olmadığını qiymətləndirdik və izlədik".
Məsələ ilə bağlı Latviyanın müdafiə naziri Andris Spruds açıqlama verib. "Bu vəziyyət təsdiqləyir ki, biz Latviyanın şərq sərhədinin möhkəmləndirilməsi istiqamətində başladığımız işi, o cümlədən PUA-ların müxtəlif məqsədlər üçün hərəkətlərini məhdudlaşdırmaq üçün hava hücumundan müdafiə və elektron döyüş qüvvələrinin inkişafını davam etdirməliyik”, - deyə o qeyd edib.