Modern.az

91 yaşlı milyonçu toyundan 2 ay sonra ÖLDÜ

91 yaşlı milyonçu toyundan 2 ay sonra ÖLDÜ

12 Avqust 2024, 17:18

91 yaşında evlənən avstriyalı milyonçu Riçard Luqner toydan iki ay sonra vəfat edib.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, Luqner onun adını daşıyan tikinti şirkətinin yaradıcısı və sahibi olub.

 

Vyanada "Lugner City" ticarət mərkəzini tikdirib. İş adamı tez-tez televiziya şoularında görünür, ulduzlarla dostluq edir, Vyana balına sponsorluq edir və bir çox qadınları sevirdi. Luqner 6 dəfə evlənib və 4 uşaq atası oldu. O, sonuncu dəfə bu ilin iyun ayında 42 yaşlı Simone Reilendertlə evlənib. Evlənəndə onun 91 yaşı var idi.

 

Son zamanlar şən milyonçu çox xəstələnməyə başlayıb. O, iyul ayında ürəyindən əməliyyat olunub. O, bel ağrısı və onurğa problemlərindən də şikayətlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri