Modern.az

Türkiyəyə gedənlərdən barmaq izi götürüləcək

Türkiyəyə gedənlərdən barmaq izi götürüləcək

Dünya

14 Avqust 2024, 11:13

Türkiyə ölkəyə daxil olan şəxslərdən barmaq izlərinin götürülməsi layihəsini həyata keçirməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya istinadla məlumat yayıb.

“Daxili işlər naziri gələcək üçün vacib layihəni də açıqlayıb və bildirib ki, Türkiyəyə daxil olarkən, ABŞ və Böyük Britaniyada olduğu kimi barmaq izləri götürüləcək”, - deyə nəşr yazır.

Nazir, həmçinin qeyd edib ki, müvəqqəti qoruma statusu alanların, xüsusən də suriyalıların şəxsiyyət vəsiqələri çiplənəcək. Onun sözlərinə görə, bu vəsiqələri saxtalaşdırmaq mümkün olmayacaq

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu