Modern.az

Çində bank kreditlərinin həcmi azalıb - 19 il sonra ilk...

Çində bank kreditlərinin həcmi azalıb - 19 il sonra ilk...

14 Avqust 2024, 15:13

Çində bank kreditlərinin həcmi 19 ildə ilk dəfə azalıb.

 

Modern.az "The Insider"ə istinadən xəbər verir ki, yerli valyutada olan bank kreditləri, maliyyə institutlarına verilən kreditlər istisna olmaqla, iyulun sonunda əvvəlki ayla müqayisədə 77 milyard yuan (10,7 milyard dollar) azalıb.

 

"Bloomberg"in məlumatına görə, kreditlərə tələbatın zəif olması onunla izah olunur ki, daşınmaz əmlak bazarında böhrandan əziyyət çəkən ailələr və şirkətlər ev almaqda və ya investisiyaları genişləndirməkdə ehtiyatlı davranıblar.

 

Çində digər iqtisadi göstəricilər də iqtisadi artımın yavaşladığını göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım