ABŞ-da 4 qulağı olan pişik doğulub.
Modern.az "Bild"ə istinadən xəbər verir ki, heyvan 4 ay əvvəl Tennessi ştatının Neşvill şəhərində anadan olub.
Pişiyin üç qardaşı və bacısı var, onların normal qulaqları var. İndi onlar tərk edilmiş heyvanlar üçün sığınacaqda yaşayırlar. 4 pişik balasının hamısı küçədə lentlə bağlanmış qutuda tapılıb.
Alimlərin fikrincə, 4 qulaqlı pişiklərə təbiətdə nadir hallarda da olsa rast gəlinir. Anomaliya qulağın daxili mexanizmini deyil, yalnız xarici qulaqları təsir edir. Yəni pişik yalnız iki qulağı ilə eşidir.