Modern.az

Ukrayna Rusiyanın 4 hərbi bazasını darmadağın etdi 

Ukrayna Rusiyanın 4 hərbi bazasını darmadağın etdi 

14 Avqust 2024, 22:53

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 4 hərbi aerodromuna pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

 

Əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və ordu tərəfindən həyata keçirilib. Ukrayna lideri aerodromlara endirilən zərbələrə görə hərbçilərə təşəkkür edib.

 

“Rusiya aerodromlarına məqsədyönlü, vaxtında, effektiv zərbələrə görə təşəkkür edirəm. Ukrayna pilotsuz təyyarələrimiz tam lazım olduğu kimi işləyir. Ancaq elə şeylər var ki, onları tək dronlarla edə bilməzsiniz. Təəssüf ki. Bizə başqa silah lazımdır - raket silahları”, - deyə Zelenski bildirib.

 

Bundan əvvəl Qərb mətbuatında Ukrayna ordusunun avqustun 14-nə keçən gecə Voronej, Nijni Novqorod və Kursk vilayətlərindəki dörd hərbi aerodroma hücum etməsi barədə xəbərlər yayılıb. Məlumatda bildirilir ki, hücum Rusiyanın idarə olunan bomba hücumları üçün hərbi təyyarələrdən

 

Səhər saatlarında Rusiya Müdafiə Nazirliyi 117 PUA-nın dəf edildiyini bildirib. Ancaq hücumun hansı ərazilərdə baş tutduğu açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ