Modern.az

"Google" İranın Tramp, Bayden və Harrisə kiberhücumlar etdiyini AÇIQLAYIB

"Google" İranın Tramp, Bayden və Harrisə kiberhücumlar etdiyini AÇIQLAYIB

Dünya

15 Avqust 2024, 09:27

"Google" İranın Donald Tramp, Co Bayden və Kamala Harrisə qarşı kiberhücumlar təşkil etdiyini müəyyən edib.

 

Modern.az xəbər verir ki, bu barədə korporasiyanın hesabatında deyilir.

 

Hesabata görə, fişinq hücumu prezident, vitse-prezident və prezidentliyə namizədlə əlaqəli 10-a yaxın adamı hədəf alıb.

 

"Google" qeyd edib ki, may və iyun aylarındakı kiberhücum İran hökumətinin "Charming Kitten" və "Mint Sandstorm" kimi tanınan APT42 haker qrupu tərəfindən Bayden, Tramp və Harrislə əlaqəli şəxsi e-poçt hesablarını sındırmaq cəhdi ilə həyata keçirilib.

 

Bunun üçün hakerlər e-poçt və ya PDF faylının mətninə daxil edilmiş keçidlərdən istifadə ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım