Modern.az

Ukrayna Kursk sakinlərinə humanitar dəhliz və təxliyə təklif edib

Ukrayna Kursk sakinlərinə humanitar dəhliz və təxliyə təklif edib

Dünya

15 Avqust 2024, 16:53

Ukrayna hökumətinin rəsmisi Rusiyanın Kursk vilayətinin dinc sakinlərinə humanitar dəhlizlə təxliyə təklif edib.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, Ukrayna baş nazirinin müavini İrina Vereşşuk rəsmi teleqram səhifəsində məlumat yayıb.

 

Bildirilib ki, Kursk vilayətindən olan mülki şəxslər humanitar dəhlizlə Ukraynanın Sumi vilayətinə təxliyə edilə bilər.

 

Həmçinin vurğulanıb ki, Rusiya Federasiyasına doğru dəhliz də mümkündür, lakin hələlik Rusiya tərəfi bununla bağlı müraciət etməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!