Modern.az

Rusiya əsirliyindəki Krım tatarlarını unutmayacağıq - Budanov

Rusiya əsirliyindəki Krım tatarlarını unutmayacağıq - Budanov

Dünya

16 Avqust 2024, 09:44

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov Rusiya ilə əsirlərin azad edilməsi ilə bağlı danışıqların hansı prinsiplər əsasında aparılacağını dilə gətirib

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, brifinqdə o, prinsipləri sadalayıb.

 

Budanov Ukraynanın ilk növbədə ağır xəstələrin və ağır yaralıların, eləcə də qadınların qaytarılmasını tələb edəcəyini vurğulayıb. Ən uzun müddət əsirlikdə olanlara üstünlük veriləcək:

 

“Biz həmçinin mülki əsirlərin, xüsusən də 2014-cü ildən əsirlikdə olanların geri qaytarılması üçün bütün səyləri göstərəcəyik. Xüsusi diqqət Mariupolun müdafiəçilərinə və xüsusən də Azovstalı müdafiə edənlərə yönəlib. Həmçinin Krım tatarlarını da unutmayacağıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu