Modern.az

Makron Ermənistana gəlir - Bu tarixdə...

Makron Ermənistana gəlir - Bu tarixdə...

16 Avqust 2024, 11:05

Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri gözlənilir.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ermənistanın "Joğovurd" qəzeti Fransadakı erməni icmasından olan mənbələrə istinadən bildirib.

 

Məlumata görə, səfər sentyabrın 21-də, Ermənistanın Müstəqillik Günündə baş tutacaq.

 

Qəzetin yazdığına görə, bu günlərdə onun səfərinin təfərrüatları müzakirə olunur.

 

Qeyd edək ki, fevralın 21-də Ermənistanın baş naziri Nikol Paşinyan Makronu Şarl Aznavurun 100 illiyinə həsr olunmuş qala-konsertdə iştirak etmək üçün 2024-cü ilin sentyabrında Ermənistana dövlət səfərinə dəvət edib.

 

Rəsmi Paris səfərlə bağlı açıqlama verməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu