Modern.az

Ukrayna qoşunları Rusiyada irəliləyir

Ukrayna qoşunları Rusiyada irəliləyir

Dünya

16 Avqust 2024, 23:21

Ukrayna qoşunları Rusiyanın Kursk vilayətində daha 1-3 kilometr irəliləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Prezident Volodimir Zelenski ilə görüşdə bildirib.

 

“Qoşunlar bəzi istiqamətlərdə 1-3 km məsafədə düşmənə doğru irəliləyir. Bütün cəbhə xəttində döyüşlər davam edir. Ümumilikdə vəziyyət nəzarət altındadır”, - o əlavə edib.

 

Sırski, həmçinin Ukrayna sərhədindən təxminən 11,5 km aralıda yerləşən Malaya Loknya kəndi ərazisində döyüşlərin getdiyini və rus əsgərlərinin əsir götürüldüyünü bildirib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu