Modern.az

Ermənistanda qorxulu virus yayılır - Ölən var 

Ermənistanda qorxulu virus yayılır - Ölən var 

17 Avqust 2024, 19:38

Ermənistanda Qərbi Nil virusu yayılıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, virusa 20 nəfər yoluxub, bir nəfər isə ölüb.

 

Bildirilir ki, hələlik ağcaqanadlar vasitəsilə yayılan bu xəstəliyi törədən həşəratların növü müəyyənləşdirilməyib.

 

Qeyd edək ki, əksər hallarda Qərbi Nil virusu hər hansı simptomlarla müşayiət olunmur, lakin yoluxan hər beşinci adam qripp virusuna bənzər simptomlar hiss edir. Eyni zamanda onlarda yüksək hərarət, üşütmə, baş və bel nahiyyəsində ağrılar, yorğunluq və limfa düyünlərində şişkinlik kimi əlamətlər müşahidə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu