Modern.az

Türkiyədə meymunçiçəyi qeydə alınmayıb

Türkiyədə meymunçiçəyi qeydə alınmayıb

Dünya

18 Avqust 2024, 08:52

Türkiyədə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə səhiyyə naziri Kamal Memişoğlu “Habertürk” telekanalına açıqlamasında bildirib.

 

“Hazırda vətəndaşlarımız arasında təşviş və panikaya əsas yoxdur, biz müvafiq hazırlıq işləri aparmışıq. Hələ ki, Türkiyədə yeni meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb”.

 

Yerli mətbuatın yazdığına görə, meymunçiçəyi virusunun yayılmasının qarşısını almaq üçün Türk Hava Yollarının stüardessaları Afrikaya uçuşlarda maska və əlcəklərdən istifadə edəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu