Modern.az

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayır

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayır

Dünya

19 Avqust 2024, 08:50

Cənubi Koreya və ABŞ bu gündən “Ulchi Freedom Shield” adlı illik birgə hərbi təlimlərə başlayır.

 

Modern.az xəbər verir ki, təlimlərdə məqsəd birgə müdafiə hazırlığını və Şimali Koreyadan gələn təhlükələrə qarşı durmaq qabiliyyətini gücləndirməkdir.

 

Avqustun 29-dək davam edəcək təlimlərin proqramına kompüter simulyasiyası və mülki müdafiə bacarıqlarının praktiki tətbiqi əsasında əsgərlərin məşqləri daxildir. Təlimlər quru, dəniz, hava, kiber və kosmos da daxil olmaqla müxtəlif vasitələrdən istifadə etməklə tammiqyaslı müharibə ssenarilərinə əsaslanır.

 

Təşkilatçılar əmindirlər ki, bu cür təlimlər Cənubi Koreya və ABŞ-ın istənilən təxribatlara cavab vermək və nüvə silahından müdafiə etmək qabiliyyətini və hazırlığını daha da gücləndirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım