Modern.az

Kadırova "Cybertruck" verməmişəm - İlon Mask (VİDEO)

Kadırova "Cybertruck" verməmişəm - İlon Mask (VİDEO)

Dünya

19 Avqust 2024, 09:50

"SpaceX"in sahibi İlon Mask RF Çeçenistan rəhbəri Ramzan Kadırova "Cybertruck" vermədiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Mask X-də yazıb.

 

"Sən o qədər geri qalmısan ki, Rusiya generalına "Cybertruck" verdiyimi düşünürsən? Bu, heyrətamizdir. Siz medianın nə qədər köhnəlmiş yalan danışdığına daha bir nümunəsiniz", - milyarder jurnalistlərdən birinin X sosial şəbəkəsindəki yazısına belə cavab verib.

 

Xatırladaq ki, Ramzan Kadırov şənbə günü pulemyotla təchiz edilmiş "Cybertruck" ilə video yayımlayıb və yüksək səslə avtomobilin İlon Mask tərəfindən təqdim edildiyini bildirərək və maşını Ukraynaya müharibə ərazisinə göndərəcəyini vəd edib.

 

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım