Modern.az

Ukraynanın Rusiya ərazisinə girməsi gedişatı dəyişə bilər - Senator

Ukraynanın Rusiya ərazisinə girməsi gedişatı dəyişə bilər - Senator

Dünya

19 Avqust 2024, 10:54

"Ukraynanın Rusiyaya hücum qərarı müharibənin gedişatını dəyişə bilər".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Arizonadan olan amerikalı senator Mark Kelli deyib.

 

“130 min rusiyalılar öz evlərini tərk etmək məcburiyyətində qalıb və bu münaqişənin indiki mərhələsində məncə, ukraynalılar bu münaqişənin gedişatını həqiqətən dəyişə biləcək gözlənilməz bir iş görüblər”, - o bildirib.

 

Senator həmçinin Amerika silahlarının Rusiya ərazisində istifadəsinə münasibətini bildirib və “bunun əleyhinə olmadığını” vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım