Modern.az

Macarıstanın məsələsi Aİ XİN və MN başçılarının görüşündə müzakirə olunacaq

Macarıstanın məsələsi Aİ XİN və MN başçılarının görüşündə müzakirə olunacaq

20 Avqust 2024, 10:43

"Macarıstan Avropa Komissiyasına Rusiya vətəndaşlarının bəzi kateqoriyalarına vizaların verilməsinin sadələşdirilməsi ilə bağlı suallara vaxtında cavab verməyib".

 

Modern.az xəbər verir ki, bu barədə "Euractiv" yazıb.

 

Budapeşt iyulda Rusiya və Belarus da daxil olmaqla 8 ölkənin vətəndaşlarına müəyyən növ vizaların verilməsini sadələşdirib. Ehtimallara görə, bu, atom elektrik stansiyasının tikintisi ilə bağlıdır.

 

Bu məsələ gələn həftə Aİ xarici işlər və müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu