Modern.az

Çin Rusiyadan neft alışını kəskin azaldıb

Çin Rusiyadan neft alışını kəskin azaldıb

20 Avqust 2024, 17:34

Rusiya prezidenti Vladimir Putinin Çin sədri Si Cinpinlə görüşündən sonra Çin Rusiyadan neft alışını kəskin azaldıb.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, Putinin Si Cinpinə səfərindən sonra Çin Rusiya neftinin alışını 30% azaldıb.

 

İyulda Rusiyadan Çinə neft tədarükü illik müqayisədə 7,4% azalaraq sutkada 1,76 milyon barrelə düşüb ki, bu da ötən ilin sonundan bəri ən aşağı səviyyədir.

 

Azalma birinci rübdə başlayıb və Putinin Pekinə səfərindən sonra sürətlənib. Nəticədə mart-iyul aylarında tədarük gündəlik 2,55 milyondan 1,9 milyon barelə düşüb.

 

Çin neft emalı zavodları Rusiya neftini Yaxın Şərqdən gələn tədarüklərlə əvəz edir, iyulda Səudiyyə Ərəbistanından idxal 13%, Malayziyadan idxal isə 61% artıb.

 

Buna baxmayaraq, Çin Rusiya neftinin ən böyük alıcısı olaraq qalır və onun ixracının 43%-ni təşkil edir. Neft və xammal Rusiyanın Çinə tədarükünün 90%-dən çoxunu təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu